Serdar Kılıç Ermənistanla sərhədə getdi

25.07.2022 12:49     Sosreaksiya     351

Türkiyənin Ermənistanla danışıqlarda iştirak edən xüsusi nümayəndəsi Serdar Kılıç Qars vilayətinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Gazete Kars” yayıb. 

Məlumata görə, Serdar Kılıç Qarsda Doğukapı sərhəd-keçid məntəqəsi də daxil olmaqla, bir neçə məkanı ziyarət edib. 

Kılıçın, həmçinin burada rəsmi şəxslərlə bir neçə görüş keçirdiyi də bildirilir. Görüşlər mətbuata qapalı şəkildə baş tutub. 

Xatırladaq ki, iyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç və Ruben Rubinyan arasında dördüncü görüş baş tutub. Görüş zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına razılıq verilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar