Məktəbli forması ilə bağlı tələb var? - Nazir AÇIQLADI

27.07.2022 12:56     Sosreaksiya     417

"Məktəbli forması ayrı-ayrı məktəblərin verəcəyi qərara bağlıdır".

Bunu təhsil naziri Emin Əmrullayev "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Nazir deyib ki, şagirdlərin hər hansı bir forma geyinməsi ilə bağlı tələb yoxdur:

"Əgər məktəb qərar verirsə, valideyn ona uyğun forma seçə bilər. Ancaq heç kimin səlahiyyəti yoxdur ki, məcbur etsin. Formanın mahiyyəti budur ki, hamı bərabər olsun. Heç kim ev mühitini məktəbə daşımasın, kimsə varlı-kasıb olmasına görə fərqlənməsin. Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı var ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçməsi məqsədəuyğundur".

Reaksiya.az

Şərhlər