“Payızda bəzi siniflər distant tədrisə keçə bilər”
27.07.2022 12:58 Sosreaksiya 420
"Yoluxma sayının artması ilə bağlı payızda məktəblərin bağlanması ehtimalı məncə az olacaq. Ola bilsin, bəzi siniflər distant tədrisə keçə bilər".
Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib. Nazirin sözlərinə görə, tamamilə bağlanma nəzərdə tutulmur:
"Keçən il günlərin sayını azaltmadan təhsili ümumilikdə bağlamadıq. Yoluxmalar artarsa, yenə həmin təcrübə tətbiq oluna bilər. Payız aylarında yoluxma arta bilər. Bu, ayrı-ayrı məktəblərdə siniflərin müvəqqəti bağlanmasına səbəb ola bilər".
Şərhlər