Nazir müavinindən festivalla bağlı narazılığa MÜNASİBƏT
01.08.2022 13:13 Sosreaksiya 385
"120 min insan üçün infrasturktur yaratmaq çox çətindir, bunları nəzərə almaq lazımdır".
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev II Milli Yaylaq Festivalı ilə bağlı narazılıqlara aydınlıq gətirərkən bildirib.
E.Əliyev qeyd edib ki, tədbir olduqca geniş kompleksli şəkildə həyata keçirilib:
"Nəzərə almaq lazımdır ki, bu tədbir çox geniş kompleksli bir tədbir idi. Proqramdakı dəyişikliklər həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə oldu. Amma istənilən halda, tədbir Azərbaycanda çox nadir tədbirlərdən biri idi ki, bu qədər genişmiqyaslı şəkildə həyata keçirilib".
Qeyd edək ki, II Milli Yaylaq Festivalını işıqlandırmaq üçün Göygöl rayonuna səfər edən 40-dan çox jurnalist yağış səbəbindən Hacıkənddə köməksiz vəziyyətdə qalıb. Belə ki, yağış suyu torpaq yolu keçilməz etdiyindən, jurnalistlərin olduğu avtobusla yanaşı, festivaldan çıxan qonaqların əksəriyyəti çətin durumla üzləşib. Kilometrlərlə tıxac yaranıb, yolda hərəkət tamamilə dayanıb.
Şərhlər