AzTV-nin aparıcısına vəzifə verildi

01.08.2022 13:25     Sosreaksiya     343

Teleaparıcı Tural Orucov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) vəzifə alıb.

Bu barədə “ASAN xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev feysbukda bildirib.

Onun sözlərinə görə, Tural Orucov RİNN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi təyin olunub.

Qeyd edək ki, T.Orucov uzun illər “Azərbaycan Televiziyası” QSC-də çalışıb. Aparıcı, həmçinin departament müdirinin müavini vəzifəsini icra edirdi. O, bu gün işindən ayrıldığını açıqlayıb.

Reaksiya.az

Şərhlər