Qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məhkəmə qarşısına çıxarılır
03.08.2022 12:25 Sosreaksiya 380
Ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları Orxan Zərbəliyev və Səfa Dabaxovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, Orxan Zərbəliyev və Səfa Dabaxov barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Şərhlər