Partlayışda xəsarət alanların son durumu açıqlanıb
04.08.2022 12:32 Sosreaksiya 469
Xırdalanda baş verən partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb.
TƏBİB-dən Reaksiya.az bildirilib ki, Abşeron rayonu, qurumun tabeliyindəki tibb müəssisələrinə yerləşdirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
"2 nəfərin baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzində müalicəsi davam etdirilir. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir", - TƏBİB-dən qeyd edilib.
Şərhlər