2 yaşlı uşaq atasını öldürdü - İDDİA - VİDEO - FOTOLAR
21.08.2015 12:29 Sosreaksiya 2726

Dünən axşam saatlarında ABŞ-da 31 yaşlı Divine Vaniah Chambliss adlı bir kişi öz evində silahla başından vurulmuş halda tapılıb.
Reaksiya.az xəbər verir ki, bu haqda informasiya polisə onun həyat yoldaşı tərəfindən verilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə zamanı evdə ata iki yaşlı uşağı ilə birgə olub.
Onun ölümündə də məhz uşaq ittiham edilir.
Polis əməkdaşı bildirib ki, ehtimala görə, uşaq atasını səhvən vurub.
Olayla bağlı bir dedektiv CNN-ə müsahibə verib: “İntihar olmadığını bilirik. Bu bu ana qədər əldə etdiyimiz dəlillərə görə evə zorla heç kəs daxil olmayıb”.
Şərhlər