"Buna qarşı bütün millət cavabını verməlidir" - Şeyx səfirliyimizə edilən hücumdan DANIŞDI

08.08.2022 12:24     Sosreaksiya     394

"Londondakı səfirliyimizdə özlərini din adamı sayan radikallar vandalizm hərəkətləri edib. Bayrağımızın çıxarılması, atılması hörmətsizlikdir. Biz o bayraq üçün minlərlə qurban vermişik, işğaldan azad olunan torpaqlarımızda həmin bayrağı dalğalandırmışıq. İndi bayrağı təhqir etmək bütün milləti təhqir etməkdir. Buna qarşı bütün millət cavabını verməlidir".

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

"Həmin gün bütün dini konfessiya rəhbərləri mənə zəng etdilər və birgə bəyanatla çıxış etdik. Xarici İşlər Nazirliyimiz vasitəsilə bütün səfirliklərə və üzv olduğum dini mərkəzlərə göndərdik. Türkiyənin Dini Qurumlarla İş üzrə Komitəsinə təşəkkür edirəm ki, həmin gün zəng etdi, öz narahatlığını bildirdi. Digər türk dövlətlərinin də nümayəndələri öz narahatlıqlarını çatdırdılar. Mən hər birinə təşəkkür edirəm. İngiltərədə belə bir hadisənin baş verməsi bizi çox məyus edir. Hadisəni törədən şəxslərin cəzalandırılmasını və həmin qüvvələrin ölkədən çıxarılmasını tələb edirik", - deyə şeyx bildirib.

Reaksiya.az

Şərhlər