Ermənilər Xankəndini də yandıracaqlar…

09.08.2022 13:28     Sosreaksiya     731

Laçın rayonunun bəzi ərazilərində qanunsuz məskunlaşan ermənilərə avqust ayının sonunadək vaxt verilib. Onlar bu müddət ərzində Azərbaycan torpaqlarını tərk etməlidir. Əks təqdirdə Azərbaycan adekvat addımlar atmaq məcburiyyətində qalacaq.

Ermənistan mediasında yer alan xəbərlərdə Laçındakı ermənilərə evlərindən çıxmaları üçün xəbərdarlıq edildiyi bildirilir. Qeyd olunur ki, ermənilər Laçından çıxarkən evləri yandırmağa, yaşayış məskənlərinə əllərindən gəldiyi qədər ziyan vurmağa hazırlaşırlar.

Əvvəl Ağdam və Kəlbəcər, indi də Laçın erməni vandalları tərəfindən yandırılır. Növbədə daha hansı şəhər və rayonlar var?…

Bu gün Laçını tərk edən ermənilər anlayırlar ki, tezliklə Xankəndi, Xocalı və rus sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərdə də onları eyni aqibət gözləyir. Erməni tərəfi artıq dərk edir ki, vaxtı çatanda Xankəndidən də çıxmalı olacaqlar.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar