“Laçın və Zabuxdan sonra “Arsax” mühasirəyə düşəcək” - Eks erməni nazir
10.08.2022 12:48 Sosreaksiya 683
"Əgər Laçın və Zabux avqustun 25-də Azərbaycana verilsə, o zaman "Arsax" (Qarabağdakı qondarma rejim) mühasirəyə düşəcək".
Bunu avqustun 9-da müstəqil Ermənistanın birinci xarici işlər naziri, "İrs" Partiyasının lideri Raffi Ovannisyan Respublika meydanında jurnalistlərlə söhbətində deyib.
"Bir neçə gün əvvəl gördük ki, Təhlükəsizlik Şurasının katibi və Xarici İşlər Naziri Laçının təslim olması ilə bağlı heç bir planı qəbul etmədiklərini açıqlayıblar.
Bu, rəsmi İrəvanın fikri idi. Və bu bəyanatdan bir neçə gün sonra bir nəfər (Paşinyan nəzərdə tutulur) qərar verdi ki, üçtərəfli bəyanatda belə qeyd olunmayan torpaqları (Ermənilər bu dəfə də dezinformasiya yayırlar. Yeni alternativ yol təhvil verildikdən sonra Laçın dəhlizində olan bütün yaşayış məntəqələri Azərbaycana qaytarılır), əraziləri təhvil vermək lazımdır. İndi "planka"nın aşağı salınmasının nə demək olduğu artıq aydındır", - deyə Ovannisyan vurğulayıb.
Onun sözlərinə görə, ərazilər erməni xalqının fikri alınmadan qanunsuz olaraq (Azərbaycan torpaqları, eləcə də Laçın 30 ildən çoxdur ki, qanunsuz olaraq işğalda saxlanılır) verilir.
"Nikol Paşinyan vətən xainidir. O, ərazi bütövlüyünü, suverenliyini, vətəndaşların həyatını və təhlükəsizliyini təmin etmək üçün konstitusiya andını pozub.
Əvvəllər ona açdığımız həyat yolunu, indi də öz əlimizlə bağlayacağıq. Qurbanlarımız olacaq və bu qurbanların günahkarı vətəndaş Paşinyan olacaq", - "İrs" Partiyasının lideri yekunlaşdırıb. (Bizim.media)
Şərhlər