Xankəndi Bakının nəzarətinə keçir - Kuznetsov
10.08.2022 13:25 Sosreaksiya 703
Qarabağ ətrafında vəziyyətin indiki gərginləşməsini mən öncədən proqnozlamışdım. Hələ o zaman aydın görünürdü ki, yeni hərbi şəhərciklərin və poliqonların tikintisi üçün yerlər elə seçilib ki, onlar bütün əsas əməliyyat və maddi-texniki təchizat xətlərini bağlaya bilsinlər.
Bu sözləri rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Buta.ws-a müsahibəsində deyib.
“Şəxsən mənim üçün təəccüblü heç nə yoxdur ki, Qarabağda xüsusi əməliyyat başlandı: bu, asanlıqla təxmin edilən, proqnozlaşdırıla bilən, hətta açıq-aydın görünən bir məsələ idi. Mənə bunun nəticəsi aydın görünürdü: Azərbaycan heç bir əlavə qüvvə və vasitələrin səyi olmadan və ya şəxsi heyət itkisini minimuma endirmək üçün onlardan ən səmərəli şəkildə istifadə etməklə öz hərbi-siyasi məqsədlərinə nail olacaq. Qarabağın bütün ərazisi Azərbaycanın nəzarətinə keçəcək.
Rusiya mətbuatında Qarabağ ətrafında baş verənlərə münasibətə gəlincə, demək olar ki, o yox səviyyəsində idi. Bu mövzuda ara-sıra nəşrlər Rusiya mətbuatında çıxdı. Azərbaycan Ordusunun Qarabağda erməni separatçılarının qanunsuz silahlı dəstələrinin qalıqlarına qarşı əməliyyatı 2020-ci ildə olduğu kimi diqqəti cəlb etmədi. Görünür, bu vəziyyət Bakıda hesablanıb və özünü tam doğruldur.
Tamamilə göz qabağındadır ki, Rusiya sülhməramlıları Azərbaycan hərbçiləri ilə erməni terrorçuları arasında canlı qalxan rolunu oynamayacaqlar - buna yenə də 2020-ci ildə inanmaq olardı, amma 2022-ci ildə - heç vaxt. Bunun bir neçə izahı var.
Birincisi, Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti son il yarım ərzində bir neçə dəfə rotasiyaya məruz qalıb, komandirlər, zabitlər və əsgərlər dəyişdirilib, buna görə də hazırda Qarabağda kifayət qədər ideoloji cəhətdən doldurulmuş sülhməramlıların ilk tərkibinin əvəzinə, sadəcə atəşkəsləri qeyd edən və asayişi təmin etməyə cəhd edən rusiyalı “hərbi polislər” durub.
İkincisi, son bir il yarım ərzində Rusiyanın hərbi-siyasi rəhbərliyinin geosiyasi prioritetləri əhəmiyyətli dərəcədə dəyişdi. Bu da öz növbəsində Qarabağda sülhməramlıların ermənipərəst davranış nümayiş etdirməyə məcbur etmir.
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi xüsusi əməliyyata şəxsi münasibətimə gəlincə isə, 2020-ci il sentyabrın 27-də olduğu kimi, indi də mən Azərbaycan Ordusunun yanındayam!” - deyə həmsöhbətimiz bildirib.
Şərhlər