Qubadlıda mina partladı - İt öldü, bələdçi yaralandı

30.08.2022 13:13     Sosreaksiya     392

Avqustun 30-da işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.

Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, partlayış nəticəsində Agentliyin minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası Dina ləqəbli minaaxtaran it tələf olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

Reaksiya.az

Şərhlər