ABŞ Ukrayna və Gürcüstanla birgə bəyanat yaydı
30.08.2022 13:33 Sosreaksiya 476
ABŞ, Ukrayna, Gürcüstan, Ermənistan və bir sıra digər ölkələrin hakimiyyət orqanları birgə bəyanat yayaraq bildiriblər ki, onların bioloji təhlükənin azaldılması proqramı çərçivəsindəki əməkdaşlığı yalnız dinc məqsədlər güdür.
Publika.az xəbər verir ki, bu, Dövlət Departamentinin mətbuat xidmətinin bazar ertəsi yaydığı sənəddə deyilir.
Onu da qeyd edək ki, bu tərəfdaşlıq Pentaqonun Kooperativ Təhdidlərin Azaldılması Proqramlarının bir hissəsidir, sırf dinc məqsədlər üçündür və silahlarla heç bir əlaqəsi yoxdur.
Bəyanata İordaniya, İraq, Liberiya, Syerra-Leone, Uqanda və Filippin də qoşulub.
Şərhlər