Bakı Baş Gömrük İdarəsi İsmayıl Hüseynova həvalə edildi

01.09.2022 12:54     Sosreaksiya     535

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov yeni əmr imzalayıb.  

Reaksiya.az "Unikal"a istinadən xəbər verir ki,, əmrə əsasən Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl  Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli işdən çıxarılıb.

Reaksiya.az

Şərhlər