"Tərtər işi"ndə işgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib
05.09.2022 12:17 Sosreaksiya 472
Təmkin Nizamioğlunun meyiti ekshumasiya edilərək onun işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar təsdiq olunub.
Bu barədə Reaksiya.az-a Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, əvvəlki istintaq zamanı işgəncələr nəticəsində ölməsi müəyyən edilmiş şəxslərdən əlavə Təmkin Nizamioğlunun da işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar əldə edildiyindən, onun meyiti ekshumasiya edilmiş və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunmuşdur.
Cinayət-prosessual qanunvericiliyə uyğun olaraq qeyd edilən şəxsin yaxın qohumunun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması təmin edilib.
Şərhlər