Narkotik aludəçisi olan DGK məmuru kimdir?

05.09.2022 13:27     Sosreaksiya     472

Dövlət Gömrük Komitəsində narkotik aludəçisi olan şəxslərlə bağlı DGK-nın sədr əvəzi, general-leytenant Şahin Bağırovun qərarı geniş müzakirələrə səbəb olub.

Bu barədə Axar.az-a danışan mənbənin sözlərinə görə, Ş.Bağırovun qərarı təsadüfi deyil. Belə ki, narkotik istifadəçisi olan gömrükçülər haqda kifayət qədər ciddi ittihamlar var.

Bu ittihamlardan bəziləri isə sensasiya xarakterlidir. İddialara görə, Komitənin rəhbərliyində təmsil olunanlardan biri də narkotik aludəçisidir.

Qeyd edək ki, Unikal.org general-leytenant Şahin Bağırov gömrük əməkdaşlarını narkoloji analizdən keçirib. Belə ki, Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb.

Bundan sonra Şahin Bağırov onların hamısını işdən azad edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar