Özünü yandıran Qarabağ qazisi öldü
05.09.2022 13:50 Sosreaksiya 475
Ucarda özünü benzinlə yandıran II qrup əlil ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, sentyabrın 4-də rayonun Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində vəfat edib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Qarabağ qazisi olan N.Həsənovun pensiyası kəsildiyi üçün özünü yandırdığı bildirilirdi.
Şərhlər