Akif Nağının partiyası dövlət qeydiyyatına alındı

06.09.2022 12:36     Sosreaksiya     460

Azad Vətən Partiyası dövlət qeydiyyatına alınıb.

Bu barədə Reaksiya.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qarabağ Azadlıq Təşkilatı Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul etmiş və partiya olaraq ərazilərimizin azad olunması ilə qazanılmış nailiyyətlərin inkişafını, ölkəmizin dünyada qüdrətli və güclü dövlət kimi möhkəmlənməsini və s. fəaliyyətinin əsas məqsədi kimi müəyyənləşdirib.

Təşkilatın nizamnamə və proqram məqsədlərinin ölkəmiz üçün aktual və əhəmiyyətli olan məsələləri əhatə etməsi və sənədlərin qanunvericiliyə uyğun olması nəzərə alınaraq onun partiya kimi qeydə alınmasına dair Ədliyyə Nazirliyinin Kollegiya iclasında qərar qəbul edilib.

Sentyabrın 6-da sözügedən partiyanın sədri Akif Nağıya nazirlikdə dövlət qeydiyyatı haqqında şəhadətnamə təqdim olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar