Qeyri-sabit hava bu tarixədək davam edəcək

06.09.2022 12:55     Sosreaksiya     783

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 8-dək davam edəcəyi gözlənilir.

Bu barədə Reaksiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Rayonlarda da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Reaksiya.az

Şərhlər