Bu il əlillik təyin edilənlərin sayı AÇIQLANDI
06.09.2022 12:59 Sosreaksiya 522
Bu ilin yanvar-avqust aylarında 42 511 şəxsə əlillik təyin edilib.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova "Sosial saat"da deyib.
Sədrin sözlərinə görə, onalrın arasında təkrar əlillik təyinatı üstünlük təşkil edir:
“Belə ki, 28 914 şəxsə təkrar əlillik, 13 597 nəfərə isə ilkin əlillik təyinatı aparılıb. Mütəmadi olaraq vətəndaşların müraciətləri cavablandırılıb. Əlillik təyin olunan xəstəliklər arasında onkoloji, nevroloji və psixi xəstəliklər üstünlük təşkil edir”.
Şərhlər