“Zəngəzur Azadlıq Hərəkatı”ndan Misir Qasımlıya müraciət
11.09.2022 21:23 Sosreaksiya 842
“Vətən müharibəsində düşmənlər daha yaxşı anlasın deyə rus dilində “Qarabağ Azərbaycandır! İrəvan Azərbaycandır! Bütün əzəli torpaqlarımızı azad edəcəyik! Allahu Əkbər!” deyən və iki ildir haqsız yerə həbsdə saxlanılan Qarabağ qazisi Misir Qasımlı ermənilər tərəfindən şərlənib.
Misir Qasımlı bu haqsızlığa dözməyib aclıq aksiyasına başlayıb. Bu gün aclıq aksiyasının yeddinci günüdür.
«Hər Qazimiz, hər bir vətəndaşımız dəyərlidir».
Bu hiss və düşüncəyə əsaslanaraq, heç bir üzücü hadisəyə səbəb olmadan, Azərbaycan türk millətçilərinin hisslərini daha da zədələnməməsi üçün “Zəngəzur Azadlıq Hərəkatı” olaraq Qazimiz Misir Qasımlıya yanında olacağımıza, onun haqlı mübarizəsini hər yerdə səsləndirəcəyimizə söz verərək ACLIQ AKSİYASINA SON QOYMASINI xahiş edirik.
Beynəlxalq hüququ, türk ictimai rəyini, xüsusilə Türk Milliyyətçilərini hansı səlahiyyət və vəzifədə olmalarından asılı olmayaraq Misir Qasımlının məruz qaldığı haqsızlığa daha da haqsızlıq əlavə edilmədən əziz Qazimizin səhhəti daha da pisləşmədən həssas olmağa və Qazimizə dəstək olmağa çağırırıq!”
“Zəngəzur Azadlıq Hərəkatı”nın sədri
Hasan BARIN
Şərhlər