Vəkili sabah Əvəz Zeynallı ilə görüşəcək - DTX-da saxlanılır
12.09.2022 13:09 Sosreaksiya 457
Sentyabrın 10-da saxlanılan jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasına aparılıb.
Bu barədə "Unikal"a açıqlamasında Əvəz Zeynallının vəkili Aqil Layıc məlumat verib.
Vəkil bildirib ki, sabah müvəkkili ilə görüşmək üçün onun yanına gedəcək.
O əlavə edib ki, Ə.Zeynallı barəsində seçilən həbs qətimkan qərarından apellyasiya şikayəti verib.
Qeyd edək ki, sentyabrın 11-i saat 4 radələrində hər iki şəxs barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqov barəsində isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsilə cinayət işi başlanıb. Onlar “Baku Steel Company” poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunur.
Şərhlər