Təhsil ekspertindən tarix dərsləri ilə maraqlı təklif - YANAŞMA

08.06.2015 11:26     Sosreaksiya     1578

Ekspert: “Bu sahədə ən ciddi problem kadr problemidir”

Bunu Reaksiya.az – a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bu gün orta ümumtəhsil məktəblərində milli vətənpərvərliklə bağlı aparılan işlərin vəziyyəti ilə əlaqədar sualımızı cavablandırarkən bildirib. Ekspert bildirib ki, orta məktəblərdə milli vətənpərvərlik və milli şüurun formalaşması ilə bağlı ciddi problemlər var: “Doğrudur, orta və ali təhsil mərkəzlərimizdə milli qəhrəmanların guşələri yaradılıb,onların həyat və fəaliyyəti ilə bağlı stendlər asılıb,işğal olunmuş ərazilərimiz və tarixi faciələrimiz haqqında lövhələr var,lakin şagird və tələbələirimizin onlara marağı azdır.Bu bir faktdır ki,silsilə olacaraq təhsil müəssisələrində tarixi genlərlə bağlı tədbirlər,anım mərasimləri keçirilir,dərsliklərdə bu və ya gidər qəhrəmanların fəaliyyəti kifayət qədər də olmasa işıqlandırılıb.

Amma bu sahədə ən ciddi problem kadr problemidir. Vətənpərvərlik mövzusunda ən böyük yük digər fənlərdən və müəllimlərdən çox hərbi hazırlıq müəllimləriinin üzərinə düşür. mən təklif edərdim ki,hərbi hazırlıq dərslərini təqaüdə çıxmış zabitlər,Qarabağ müharibəsi iştirakşıları,qəhrəmanları tədris etsinlər”.

Ekspert eyni zamanda maraqlı bir təkliflə çıxış edib. O, təklif edib ki, Tarix dərslərinin bu mövzularla bağlı bölmələrində dərsləri canlı iştirakçılar tədris etsin. Orta məktəblərdə psixoloqların,peşəkar psixoloqların olmaması gənclərimizin milli-psixoliji inkişafına ciddi maneə törədir. Mən belə hesab edirəm ki,gənclərin bu sahəyə diqqətini və marağını daha da artırmaq üçün qəbul qaydalarında dəyişikliklər edib,bu tipli mövzulara qəbul imtahanlarında daha çox yer vermək lazımdır.

Şərhlər