Ermənistan qarşısında öhdəlik qoyulmalıdır - Ombudsman

14.09.2022 12:32     Sosreaksiya     543

Regionda sülhə təhdid törədən Ermənistan qarşısında öhdəlik qoyulmalıdır.

Reaksiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında insan Ombudsman Səbinə Əliyeva deyib.

O, bildirib ki, Ombudsman aparatı Ermənistanın işğalçı siyasəti ilə bağlı bütün beynəlxalq təşkilatlara müraciət edib:

“Ermənistanın təxribatının qarşısının alınması nəticəsində 50 övladımız şəhid olub. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm”.

 

“Beynəlxalq qurumlardan tələb edirəm ki, Ermənistanın bu təcavüzünə qarşı dərhal sərt reaksiya versinlər. Onların bu gün də davam edən işğalçı siyasətinə son qoyulmalıdır”- deyə o, bildirib.

S.Əliyeva vurğulayıb ki, 2020-ci ilin noyabr ayından bu günə qədər 242 nəfər mina qurbanı olub:

“Bu gün də Ermənistan bizim işğaldan azad etdiyimiz torpaqlara diversiya qrupları göndərir, torpaqlarımızı minalamağa cəhd edir. Ordumuz bu cəhdin qarşısını alıb. Düşmən tərəfi yenə də bu cür təxribatlara əl atarsa, onların qarşısı ordumuz tərəfindən qətiyyətlə alınacaq. Regionda sülhə və təhlükəsizliyə təhdid törədən Ermənistan qarşısında öhdəlik qoyulmalıdır”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar