Note 5-in xüsusiyyətləri Galaxy S6-da

21.08.2015 15:49     Sosreaksiya     1810

Galaxy S6 və S6 Edge Samsungun yeni Note 5-inin xüsusiyyətlərini qazanmağa başladı.

Samsung keçən həftə tanıtdığı Galaxy Note 5 və Galaxy S6 Edge+da bir sıra dəyişiklik təqdim etmişdi. Galaxy S6 və S6 Edgedə olmayan bu yeniliklərdən bəziləri indi bu cihazlara da təqdim olunmağa başlanıb.

Cənubi Koreyada gerçəkləşdirilməyə başlanan yeniləmə firmanın yeni mobil ödəmə sistemi Samsung Payı Galaxy S6 və S6 Edgeyə gətirir. Bununla bərabər Note 5-dəki Touchwizin yeni rəmzləri və interfeys elementləri Galaxy S6 və S6 Edgeyə köçürülür. Dəyişikliklərə KNOXTAKİ kiçik bir yeniləmə, Galaxy S6 Edge üçün Apps Edge, səs inkişaf etdirmək üçün proqram, UHQ Upscaler və Vacuum Tube Amp Pro daxildir.

Yeniləmə hələlik yalnız Cənubi Koreyaya təqdim olunur, ancaq digər regionlara yayılması çox zaman almayacaq.

 

Şərhlər

Çox oxunanlar