Abşeronda növbəti vətəndaş qəbulları keçirilib
20.09.2022 16:35 Sosreaksiya 543
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbulları keçirilir.
Reaksiya.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən rayonun Novxanı kəndində və Aşağı Güzdək qəsəbəsində sakinlərlə keçirilən qəbullarda RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Sakinlərlə görüşdə Abdin Fərzəliyev Abşeron rayonunda həyata keçirilən quruculıuq-abadlıq işlərindən danışıb və bundan sonra görüləcək işlər barəsində ətraflı məlumat verib. Rayon ərazisində fəaliyyət göstərən məktəb və bağçalarda sıxlığın nüşahidə olunduğunu, bununla əlaqədar olaraq yeni tədris binalarının inşa olunacağını qeyd edən RİH başçısı kənd və qəsəbələrində olan problemlərin öyrənildiyini və onların tez bir zamanda həlli istiqamətində proqramların hazırlandığını vurğulayıb.
Sonra çıxış edən sakinlər əsas avtomobil yollarında surət təmzimləyicilərinin quraşdırılmasında, torpaq sahəsinin ayrılmasında, kanalizasiya xəttinin çəkilməsində, işlə təmin olunmada və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Şərhlər