Lənkəranda axund məsciddə namaz qılarkən bıçaqlanıb
29.09.2022 12:59 Sosreaksiya 391
Lənkəranda axund bıçaqlanıb.
Hadisə rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev sübh namazı qılarkən, həmin kəndin sakini Çingiz Əlizadə ona çoxsaylı bıçaq zərbələri endirib. İlkin ehtimala görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (APA).
Şərhlər