Ermənistan qarışdı: Əsgərlərimizi sərhəddən geri çəkin!

29.09.2022 13:06     Sosreaksiya     405

Bu gün səhər Ermənistanın Abaran şəhərinin mərkəzində tələbələr və məktəblilər şəhərlərarası yolu bağlayaraq, hakimiyyətdən öz dostlarının, tələbə yoldaşlarının sərhəddən geri çəkilməsini tələb ediblər.

Bu barədə erməni mediası yazır.

Belə ki, erməni tələbələr və şagirdlər İrəvanın sərhəddə törətdiyi təxribatın nəticəsində Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında ölüm hallarının artmasına etiraz olaraq, strateji yolu kəsiblər.

Polislər yolu bağlayan aksiyaçıları zor gücünə dağıdıb. Müəllimlərdən biri mediaya açıqlamasında gənc əsgərlərin Azərbaycan ilə sərhəddən geri çəkilməsini tələb etdiklərini bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr axşam saatlarında törətdiyi təxribata Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində 3 erməni hərbçisi (biri batalyon komandiri olmaqla – red.) məhv edilib.(axar)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar