Səbuhinin ailəsinə "şəhid ailəsi" statusu verilməsi ilə bağlı arayış

29.09.2022 13:57     Sosreaksiya     415

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sentyabrın 12-13-də törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan gizir Səbuhi Əhmədova "şəhid", onun ailəsinə isə "şəhid ailəsi" statusu verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmaq üçün arayış verib.

Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Sentyabrın 20-də imzalanan sənəddə qeyd olunub ki, gizir Əhmədov Səbuhi Fuad oğlu sentyabrın 13-də düşmən təxribatının qarşısının alınması zamanı həlak olub.

  • Səbuhinin ailəsinə "şəhid ailəsi" statusu verilməsi ilə bağlı arayış hazırlandı - FOTO

 

 

Şərhlər

Çox oxunanlar