Bakının İrəvandan tələbi - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ

03.10.2022 14:17     Sosreaksiya     380

Azərbaycan son danışıqlarda rəsmi İrəvan qarşısında 5 əsas tələb qoyub.

Bu barədə Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın baş redaktoru olduğu "Haykakan Jamanak" qəzeti etibarlı mənbəyə istinadən bildirib.

Xəbərdə deyilir ki, hazırkı danışıqlar zamanı rəsmi Bakı Ermənistandan aşağıdakıları tələb edir:

- İrəvan “Dağlıq Qarabağ ordusu”nu buraxmalıdır;
- Dağlıq Qarabağı heç bir muxtariyyət olmadan Azərbaycanın bir hissəsi kimi tanımalıdır, yəni  sıfır statusla;
- Ermənistan ərazisindən Naxçıvan istiqamətinə dəhliz açmalıdır;
- 1919, 1920-ci illərin xəritələrinə əsasən sərhədin delimitasiyası və demarkasiyası prosesi həyata keçirilməlidir;
- Ermənistan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir (Söhbət Birinci Qarabağ müharibəsində itkin düşmüş və əsir götürüldüyü güman edilən 4 min azərbaycanlıdan gedir-red.).


"Haykakan Jamanak" qəzeti qeyd edir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya kompromisvariant  tapılmalıdır, ya da Bakı onlardan əl çəkməyə məcbur edilməlidir (inandırılmalıdır).
 

Qəzet yaxın günlərdə Rusiya, ABŞ, İran və Avropa İttifaqının bu danışıqlarla bağlı nə istədiyini də dərc edəcəyini vəd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar