"Ermənilər Zəngəzur dəhlizi məsələsində naz edirlər" - Politoloq
03.10.2022 14:19 Sosreaksiya 342
"Kimin nə deməsindən asılı olmayaraq, Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın özü üçün əhəmiyyətlidir".
Reaksiya.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bu dəhliz Ermənistanı dərin blokadadan çıxarmaq üçün ən yaxşı vasitədir:
"Amma bu məsələdə naz edirlər. Son zamanlar Zəngəzur dəhlizinin açılmasının reallığı daha çox nəzərə çarpır. O baxımdan ki, bunu Rusiyada istəyir. Rusiyanın Qərblə əlaqələri pisləşib və üzünü Türkiyə, İran, Çinə doğru çevirməyə məcburdur. Bu məsələdə həm Zəngəzur dəhlizi, həm də Rusiyanın Azərbaycanla birgə reallaşdırmağa çalışdığı Şimal-Cənub Dəhlizi böyük rol oynaya bilər. Zəngəzur dəhlizinin açılmasına heç kim mane ola bilməyəcək. Nə zaman reallaşacağı ilə bağlı konkret vaxt demək çətindir. Amma çox da uzaq olmayan bir zamanda dəhlizin açılması üçün prinsipial razılaşmalar əldə ediləcək".
Şərhlər