Qadın bələdiyyə sədrinin başını kəsdilər, ərini güllələdilər - - Sarayda - YENİLƏNİB
08.06.2015 11:39 Sosreaksiya 2243

Abşeron rayon Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetirilib.
Hadisə gecə saatlarında onun yaşadığı Saray qəsəbəsindəki evində baş verib. Cinayətkar şəxs(lər) bələdiyyə sədrinə hücum edərək onun başını kəsib, həyat yoldaşının isə güllələyiblər. Daha sonra izi itirmək üçün evi yandırıblar.
Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1980-cı il təvəllüdlü Hüseynov Fədai Güloğlan oğlu tutulub. O, ifadəsi zamanı cinayatı törətdiyini etiraf edib.
Artıq Fövqəladə Hallar Nazirliyi də baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 350 kv.m olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 1 otaq və əşyaları 20 kv.m sahədə qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər