Erməni özlərinin qazdığı "quyu"ya düşdü

04.10.2022 14:07     Sosreaksiya     360

Ermənistanın Geqarkunik rayonunda 31 yaşlı Suren L. ermənilərin basdırdıqları minaya düşərək xəsarət alıb. 

Reaksiya.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 2-də saat 20:00 radələrində Çəmbərək xəstəxanasından rayon polis şöbəsinə sağ ayağından yaralanan xəstə ilə bağlı məlumat daxil olub.

Polis hadisənin saat 18:00 radələrində baş verdiyini müəyyən edib. Həmin şəxs minanın partlaması nəticəsində ayağından xəsarət alıb.

Faktla bağlı cinayət işi başladılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar