Erməni ordusunda yeni xaos: Onlar vəzifədən gedir
04.10.2022 14:13 Sosreaksiya 362
Ermənistan Silahlı Qüvvələrində yeni ixtisarlar gözlənilir, sərhədin şərq hissəsinə cavabdeh olanlar nazir müavinindən tutmuş komandirə qədər ixtisar olacaq.
Bu barədə Ermənistanın “İravunk” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
“Qərara səbəb Ermənistan-Azərbaycan sərhəddində baş verən son döyüş zamanı (13 sentyabr nəzərdə tutulur – red.) bir neçə saat ərzində erməni ordusundakı itki və yaralıların sayının çox olmasıdır”, - məlumatda deyilir.
Qeyd edək ki, 12 sentyabrda Ermənistan sərhəddə təxribat törətmiş, nəticədə Azərbaycan əsgərləri şəhid olmuşdu. Ordumuzun cavab zərbəsi ilə Ermənistan ordusu darmadağın edilmişdi.
Rəsmi məlumata görə, ermənilərin 207 əsgəri məhv edilib, yüzlərlə yaralısı var. Qeyri-rəsmi mənbələr isə Ermənistan ordusunun 450-yə qədər itki verdiyini bildirir.
Şərhlər