İranda Cənubi azərbaycanlı fəal həbs edildi
05.10.2022 15:04 Sosreaksiya 440
Cənubi azərbaycanlı fəal Meysəm Beheşti İranın təhlükəsizlik orqanları tərəfindən gecə saatlarında Tehranda saxlanılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
ETTELAAT qüvvələri Güney Azərbaycanın Muğan bölgəsindən olan və Tehranda yaşayan Meysəm Beheştinin evində axtarış həyata keçirib və milli fəalı ona məxsus şəxsi əşyalarla birlikdə naməlum istiqamətdə aparıblar.
Onun nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.
Şərhlər