Nazirlikdən TikTok-la bağlı - Rəsmi açıqlama

11.10.2022 17:06     Sosreaksiya     356

Azərbaycanda TikTok sosial şəbəkəsinə qoyulan qadağanın qaldırılması  ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, hazırda sözügedən şəbəkəyə giriş müvəqqəti olaraq bağlıdır: “Məlum olduğu kimi, TikTok sosial şəbəkəsinə ölkə ərazisində müraciət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq”, bir saat əvvəl TikToka girişdə heç bir məhdudiyyət olmasa da, hazırda yenidən TikToka daxil olmaq mümkün deyil.

Qeyd edək ki, TikTok-a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.(qafqazinfo)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar