Deputat dərman çatışmazlığından gileyləndi

11.10.2022 17:11     Sosreaksiya     352

“Rusiya və Ukrayna arasındakı müharibəyə görə, oradan gələn dərmanların çatışmazlığı məsələsi aktuallaşıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

“Dərmanlar Rusiyadan, Ukraynadan gəlmirsə, Türkiyədən gətirilməsi də o qədər asan iş deyil. Xaricdən ixrac edilən dərman vasitələrinin sənədləşdirilməsi, eləcə də lisenziyadan keçirilməsi məsələsi hələ də mürəkkəbliyini saxlayır. Aidiyyəti qurumlar tərəfindən daha rahat qaydaların, addımların ortaya qoyulmasına ehtiyac var. Xalqın tibbi xidmətə əlçatanlığının artırılması istiqamətində görülən işlərə belə kiçik problemlər kölgə salmamalıdır, buna yol vermək olmaz".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar