Azərbaycanlı tələbə Rusiyada təltif edildi

12.10.2022 15:51     Sosreaksiya     342

4-7 oktyabr tarixlərində Rusiya Federasiyası Kalmıkiya Respublikasında Xəzər dənizi ətrafı ölkələrin universitetlərinin 24-cü Baş Assambleyası keçirilib.

Reaksiya.az xəbər verir ki, tədbirdə Rusiya Dövlət Dumasının deputatları, Kalmıkiya Respublikasının rəhbər şəxsləri və dünyanın 52 təhsil ocağından 155-dən çox rəsmi nümayəndə daxil olmaqla, 500-dən çox yerli və xarici qonaq iştirak edib.

Assambleyada Azərbaycanı Kalmıkiya Dövlət Universitetinin rəsmi dəvəti ilə bu təhsil ocağının məzunu olmuş, hazırda Azərbaycan Texnologiya Universitetinin tələbəsi, YAP Sabunçu rayon təşkilatının fəalı Namiq Muradov təmsil edib.

Assambleya çərçivəsində plenar iclasda iştirak edən Namiq Muradov Kalmikiya Dövlət Universitetinin rektoru Badma Salayev tərəfindən təbliğat işlərində fəal iştirakına görə universitetin yaranmasının 50 illiyinə həsr edilmiş yubiley medalı ilə təltif edilib.

.

 

Reaksiya.az

Şərhlər