Makrondan Rusiya ilə mümkün nüvə qarşıdurmasına reaksiya
13.10.2022 12:28 Sosreaksiya 335
“Rusiya Ukraynaya taktiki nüvə silahı ilə zərbə endirsə, Fransa buna nüvə silahı ilə cavab verməyəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində Rusiya ilə nüvə qarşıdurması barədə danışarkən deyib.
“Doktrinamız millətin əsas maraqlarına əsaslanır. Onlar dəqiqliklə təyin olunub və məsələn, regionda, Ukraynada ballistik nüvə hücumu baş verərsə, bu, onlara birbaşa təsir etməyəcək”, - deyə Makron qeyd edib.
Onun sözlərinə görə, bu barədə həddindən artıq çox danışmaq yaxşı deyil.
Şərhlər