AZAL helikopterlərini 50 faiz endirimlə təkrar hərraca çıxarır
13.10.2022 12:37 Sosreaksiya 424
Noyabrın 15-də “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin balansında olan 3 helikopter beşinci dəfə 50 faiz endirimlə hərraca çıxarılacaq.
Əmlak Məsələləri Dövlət Xidmətindən Yenipress.az-a bildirilib ki, “Airbus Helicopters EC-155B1”, “Airbus Helicopters EC-155B1” və “Airbus Helicopters EC-135P2” markalı helikopterlərin hər birinin start qiyməti 1 milyon manat olacaq. Bunun 10 faizi beh kimi ödənilməlidir.
Sifarişlər Xidmətin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud “e–emlak.gov.az” elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq.
Şərhlər