Uşaqlar üçün "atanın əhəmiyyəti - RƏY

08.06.2015 11:57     Sosreaksiya     1707

 

 

 

Türkiyənin “Arya” Akademiyasının qurucusu, psixoloq, təlimçi Gülay Savaş qız və oğlan uşaqların gözü ilə atalar haqqında danışıb. Uşaqlar üçün "Atanın mənasını" dəyərləndirən Gülay Savaş bunları deyib: "Ata çox vaxt bizim üçün cəsur bir xarakterdir. Qətiyyət baxımından və ya təhlükəni gözə aldığına görə yox, bir uşaq yaratma bacarığını özündə gördüyü üçün.  Ata olmaq uşağın göbək bağının kəsilməyindən, bağçaya getməsindən, məktəb həyatı, məzuniyyət, iş sahibi olması, evlənməsi və ən nəhayət oğul – uşağa qarışıb öz ayaqları üzərində dayana bilməsinə kimi onları qoruyan, nəzarət edən, onlara kömək edən, əllərindən tutan, spykənə biləcəkləri bir qəhrəmandır. Ata yurddur, evin dirəyidir, torpaqdır, limandır, yoldaşdır, dostdur, sirdaşdır. Uşaqlarını ürəyinin şahzadəsinə çevirən insandır ata".

Ataların qız və oğlan uşaqları üçün fərqli mənalar ifadə etdiyini yazan Gülay Savaş bunları xüsusi ilə vurğulayıb. Qız uşaqlar üçün:

-Ata güc simvoludur, ki o güc həyatı boyunca uşaqda inam yaradır. Özünəinamı inkişaf etdirir. Özünə inanmaq, həyata güvənmək, ailə içində əvvəl atadan gələn sevgi və şəfqətlə formalaşır.

-Kişi enerjisinin simvoludur.

-Ata Ilk eşqidir qızın. İrəlidə seçəcəyi kişinin modelidir.

-Eyni Şəkildə gələcəkdəki kürəkən də, ata üçün rəqibdir. Çünki o, biricik qızını atanın əlindən alır.

 

Oğlan uşaqları üçün:

-Baba keyfiyyətin simvoludur. Müvəffəqiyyətin açarıdır. Rol modelidir.

-Ata oğlan uşaqlarına yorulmamağı, yarıyolda qalmamağı öyrədir.

-Ata həm də, oğlan üçün rəqibdir. Üstəlik aşılmalı olan bir rəqibdir.

 

Gülay Savaş sözlərini belə tamamlayıb: "Ata –ana kimi uşaqlarımız üçün görə biləcəyimiz ən önəmli iş onları qarşılıqsız və təmənnasız sevməkdir. Sevgi; azadlıq və güvən verə biləcək bir duyğudur və ancaq o zaman “Gerçək Sevgi”ni əldə etmək mümkündür.

Şərhlər