Ermənilər yenə atəş açdı. Azərbaycan hansı addımları atacaq? Xankəndi? - VİDEO
11.10.2022 13:58 Sosreaksiya 2082
Azərbaycanın 44 günlük müharibədə şanlı qələbəsindən sonra regionda yeni reallıq yaranmışdır. Azərbaycanın güc sahibi olması bölgədə qüvvələr balansını ölkəmizin xeyrinə dəyişmişdir. Bütün bunları nəzərə alaraq baş verənlərlə bağlı mesajları dünya ictimaiyyətinə düzgün çatdırmaq lazımdır. Bu məqsədlə Azərbaycanın müharibədən sonrakı dövrdə apardığı mübarizənin gücləndirilməsini, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırması istiqamətində “Media Araşdırmaları və Monitorinq Mərkəzi” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Post- münaqişə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq platformalarda yayılması” adlı layihə çərçivəsində Reaksiya TV-nin efirinfə növbəti veriliş yayımlanıb.
Verilişin qonağı “Strateji Tədqiqatlar Mərkəzini”nin baş məsləhətçisi Tural İsmayılovdu.
O, hesab edir ki bu gün Ermənistan nörmal dövlət olmaq istəyirsə ilk növbədə Azərbaycanla münasibətləri düzəltməlidir.
Dünya politologiya elminin qəbul etdiyi əsas nüanslardan biri qalib tərəfin güclü tərəf hesab edilməsidir. Zəfər qazanan tərəf güc faktoru kimi qəbul edilir. 44 günlük savaşdan sonra Azərbaycan təkcə hərbi mənada deyil, diplomatik mövqelərini gücləndirmək istiqamətində də atdığı addımlarla beynəlxalq aləmdə aparıcı rola malikdir. Azərbaycanın səsləndirdiyi ədalətli mövqeyi onu beynəlxalq siyasi arenalarda qəbul edilməsi ilə nəticələnir. Bu gün Azərbaycan dünya miqyaslı tədbirlərə sədrlik edir. Azərbaycanın apardığı uğurlu diplomatik siyasət Ermənistan və onun havadarlarını narahat etməyə bilməz. Eyni zamanda Azərbaycan və Türkiyənin “Şuşa bəyənnaməsi”ndən sonrakı müttəfiqliyinin daha da dərinləşməsi təkcə region güclərini deyil, eləcə də böyük dövlətləri narahat edir. Bu gün 30 il ərzində səssiz qalan dövlətlər hər vəcdlə prosesə qoşulmağa çalışır. Aparılan sülh danışıqlarında Ermənistan geri addım atmağa, prosesi uzatmağa çalışır. Bütün bunlara baxmayaraq Azərbaycan bütün səylərini ortaya qoyaraq, Ermənistanının sülh müqaviləsini imzalamasına, sərhədlərin delimitasiya və demarkasiyasına nail olmağa çalışır. Gec- tez Azərbaycan bunu bacaracaq.
Şərhlər