"Burada oturub Lerikdə, Qazaxda müəllim təyin etmək doğru deyil" - Deputat
14.10.2022 12:39 Sosreaksiya 410
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Siyavuş Novruzov müəllimlik ixtisasını bitirib iş tapmaq üçün əlavə imtahanların ləğv edilməsini təklif edib.
Dövlət ali təhsil müəssisəsini qırmızı diplomla bitirən müəllim iş tapmaq üçün yenidən imtahandan keçir:
"Dövlət onadiplom verib, biliyini qiymətləndirib. Onun 4-6 il oxuduğu təhsili qoyurlar qırağa, Təhsil Nazirliyində yaranmış bir komissiya var ki, müəllimliyi bitirənlər o komissiyadan keçəndən sonra müəllim işləyə bilir. Bizdə çox sayda müəllim var. Onların hamısının attestasiyadan keçməsi nə dərəcədə düzgündür? Ola bilər ki, ixtisasartırma tətbiq olunsun. Ali məktəbi bitirən müəllim işləmək üçün niyə yenidən testdən keçməlidir? Xaricdə belə şey olsa, Harvard Universitetini bitirən tələbə imtahandan keçməsə, o gedib universiteti məhkəməyə verər. Burada oturub Lerikdə, Qazaxda, ya Naxçıvanda müəllim təyin etmək doğru sistem deyil. Bu sistem haradan gəlib bizə çıxıb, mən bilmirəm"
Şərhlər