Sovet qoşunlarının Çexoslovakiya qətliamı - Tarixə yenidən baxış - FOTOLAR

21.08.2015 23:04     Sosreaksiya     4329

Xəbər verildiyi kimi, 1968-ci il avqust ayının 21-də Varşava Müqaviləsi Təşkilatının (Rumıniya istisna olmaqla) ordusu Çexoslovakiya ərazisinə qoşun yeridib. Liberal islahatlar tərəfdarlarının çıxışlarının hərbi yolla yatırılması zamanı 100-dən artıq Çexoslovakiya vətəndaşı həlak olub.

Reaksiya.az “Praqa baharı” kimi tanınan o qanlı hadisə ilə bağlı tarix üzrə fəlsəfə doktoru Dəyanət Musayevin  fikirlərini öyrənib.

O bildirib ki, keçmiş SSRİ ordusunun kontingenti sayca digərlərindən çox olduğundan, bu hadisələrə bəzən Sovetlərin müdaxiləsi kimi də qiymət verilir: “Əsas səbəb Çexoslovakiya sərhədinə yaxın NATO qüvvələrinin hərbi təlim keçməsi olsa da rəsmi olaraq Çexoslovakiya hökumətinin əksinqilabçılarla mübarizədə hərbi kömək istəməsi olub. Onlara isə dəstəyi sosialist düşərgəsinə rəqib olan kapitalist dövlətləri göstərirdi və çevriliş hazırlayırdı. Bu, “Soyuq müharibənin” təzahür formalarından biri kimi tarixə düşüb".

D.Musayevin fikrincə, bu hadisəyə iki aspektdən yanaşmaq olar: siyasi rəhbərliyin bir tərəfdən müxalifətlə mübarizə aparmaqla öz nüfuzunu qaldırmaq istəyi, digər tərəfdən isə sosialist düşərgəsinin hərbi gücünü nümayiş etdirməyi idi: “Tarixin sonrakı gedişatında “Dunay” əməliyyatı nəticəsində Çexoslovakiya Şərqi Avropa Sosialist blokunda qalmış oldu və sovet ordusunun bir qismi (130 minə yaxın) 1991-ci il hadisələrinə qədər burada qaldı”.

Qeyd edək ki, "Praqa baharı" adı ilə tarixə düşən siyasi və mədəni liberallaşma dövrü hələ daha əvvəl, 5 yanvar 1968-ci ildə Aleksandr Dubçekin  Çexoslovakiya Kommunist Partiyasının birinci katibi seçilməsi ilə başlayıb. Bu “bahar” isə 21 avqustda Varşava Müqaviləsi Təşkilatının Çexoslovakiya ərazisinə qoşun yeritməsinə qədər davam etdi. Dubçekin “islahatlarının” yeganə əldə etdiyi dəyişiklik ölkənin üç federasiyaya bölünməsi oldu (Bohemiya, Moraviya-Sileziya və Slovakiya). Ölkəni Çexiya və Slovakiyaya Respublikalarına bölmək cəhdi isə məlum hadisələr nəticəsində həyata keçirilmədi.

"Praqa baharı"ndan sonra tarixdə “ərəb baharı” (ərəb ölkələrində 2010-2011-ci il hadisələri) və “rus baharı”da (2014-cü il Krım hadisələri və Ukraynanın cənub-şərqindəki hadisələr) yer alıb.

Şərhlər

Çox oxunanlar