Fəzail Ağamalı: “Makron əslində öz şərəf və ləyaqətini erməni puluna satıb”
14.10.2022 12:58 Sosreaksiya 422
Deputat Fəzail Ağamalı parlamentdəki çıxışında Fransa prezidenti Makronun sərsəm fikirləri ilə bağlı həmkarlarının dediklərini müdafiə edib. Deputat bildirib ki, burda irəli sürülən təkliflər reallaşdırılmalıdır. Onun sözlərinə görə, prezident Makronun Azərbaycan dövlətinə qarşı sərsəm fikirlər söyləməsi birinci hal deyil: “O, heç bir halda Azsərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak etməli deyil, çünki o, birmənalı şəkildə Ermənistanın yanındadır”.
F.Ağamalı Ermənistanın “sülhəpərvər və talerant olduğunu” iddia edən Fransa prezidentinin fikirlərinə tutarlı arqumentlərlə etiraz edib. O deyib ki, Fransanın siyasətini neft-qaz siyasətinə dəyişməyəcəyini iddia edən Makron əslində özünün şərəf və ləyaqətini erməni pullarına satıb.
Azərbaycanı sanksiya ilə təhdid edən Makronun dediklərinə cavabında F.Ağamalı deyib: “Biz Fransa ilə münasibətlərimizə, diplomatic əlaqələrimizə yenidən baxmalıyıq və bununla bağlı XİN-in mövqeyini gözləyirik”.
Şərhlər