Vahid Əhmədov: "Parlamentdə şəhid ailələri və qazilərlə bağlı dinləmə keçirək"
14.10.2022 13:00 Sosreaksiya 459
Deputat Vahid Əhmədov Milli Məclisdəki çıxışında seçiciləri ilə görüşündən bəhs edib. Deputat vaxtilə şəhid ailələri və qazilərlə bağlı məsələlərin həddən artıq çox olması səbəbindən parlamendə dinləmələrin keçirilməsini xahiş edib: “Çox təəssüf ki, bu istiqamətdə addım atılmadı”.
V.Əhmədov dedi ki, ona müraciət edən 100-ədək seçicisindən biri Qarabağ qazisi olub və onun şikayətini dinləyib, probleminin həll olunmamasının şahidi olub. İraqda şəhid olan hərbçimizin – sülhməramlıların tərkibində olan əsgərin - anasının isə 14 ildir üz tutmadığı rəsmi qurum qalmayıb.
Deputat deyib ki, Prezident Administrasiyasında da general Məhərrəm Əliyev tərəfindən yüksək səviyyədə qarşılanan anaya haqlı olduğu, ancaq qanunvericilikdə onun oğlu ilə bağlı məsələnin əks olunmadığı deyilib.
V.Əhmədov bu kimi problemlərlə əlaqədar qanunvericiliyə dəyişikliklərin edilməsini vacib saydı. Həmçinin spikerə müraciət edib ki, şəhid və qazilərlə bağlı parlamentdə müzakirə təşkil olunsun.
Şərhlər