2020-ci ildə erməni terroru zamanı 12 uşaq həlak olub - XİN

19.10.2022 12:39     Sosreaksiya     348

Ermənistanın 44 günlük müharibə zamanı Azərbaycan əhalisinin sıx məskunlaşdığı şəhərləri raket atəşinə tutması nəticəsində 12 uşaq həlak olub.

Bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabında qeyd edilib.

Paylaşımda həmçinin terror qurbanı olan uşaqlar barədə qeyd edilib.

"Fərid İsgəndərov – 14 yaş , Fidan Qurbanova – 14 yaş , Şəhriyar Qurbanov – 13 yaş, Artur Mayakov – 13 yaş, Mədinə Şahnəzərli – 1 yaş, Məryəm Xəlilli – 6 yaş , Orxan İsmayılzadə - 16 yaş, Nigar Əsgərova – 15 yaş , Nəzrin Əsgərova – 10 ay, Orxan Xəlilli – 11 yaş , Aysu İsgəndərova – 7 yaş , Şahmalı Rəhimov – 13 yaş" - deyə bildirilib.

Reaksiya.az

Şərhlər