Nazir müstəntiqi rəis təyin etdi

20.10.2022 12:48     Sosreaksiya     418

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə yeni rəis təyin edilib.

Reaksiya.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elmar Quliyev Sumqayıt ŞPİ-nin 5-ci PB-ə rəis təyin olunub.

Qeyd edək ki, E.Quliyev bu təyinatadək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində çalışıb.

Reaksiya.az

Şərhlər