Şuşada tikilən binalara sakinlər gələn ilin birinci yarısı köçürüləcək

20.10.2022 12:56     Sosreaksiya     546

Bakı 2023-cü ilin birinci yarısına qədər Şuşada tikilən 8 binaya əhali köçürüləcək.

“APA”nın əldə etdiyi məlumata görə, SSRİ dönəmində tikilmiş binalar istismar müddətini başa vurduğu, iki müharibə nəticəsində deformasiyaya uğradığı, bundan başqa həmin binalar Şuşanın tarixi-memarlığına xələl gətirdiyi üçün 10-11 ədədi sökülərək Şuşanın ab-havasına, tarixi-memarlıq quruluşuna uyğun 3, 4, 5 mərtəbəli müasir binalar tikilir.

Şuşada məktəbin tikilişinin də 2023-cü ilə kimi başa çatması planlaşdırılır: “Yəqin ki, gələn tədris ilinə məktəb tam hazır olacaq. Bundan başqa, bir hotelin tikintisi yekunlaşmaq üzrədir və həmin hotel gələn il yəqin ki təhvil veriləcək”.

O da qeyd olunub ki, Şuşada ilin 6 ayı demək olar ki, soyuq və yağıntılı keçdiyi üçün aparılan tikinti işlərində yubanmaların olması mümkündür. Lakin işlərin qısa vaxtda başa çatdırılmasına çalışırlar.

Şərhlər

Çox oxunanlar